Accessibility links

Mobil telefonları oğurlamağa dəyməz


ABŞ-da mobil telefonların oğurluğunun qarşısının alınması kampaniyasının bir hissəsi olaraq, oğurlanmış telefonların kompyuterləşdirilmiş siyahısı hazırlanıb. Telefon oğurluğu dünya iqtisdiyyatında ən gəlirli cinayətlərdən biridir.

Amerikanın Federal Kommunikasiya Komissiyası 4 əsas telefon şirkəti ilə razılıq əldə edib. Hazırda Verizon və Sprint Nextel oğurlanmış mobil telefonların yenidən aktivləşdirilməsinin qarşısını alıb.

AT&T and Deutsche Telekom's T-Mobile şirkətləri isə hələ fəlaiyyətə keçməyib.

6 ay ərzində oğurluq telefonların yenidən istifadəyə verilməsinə mane olunacaq. Gələn bir il yarım ərzində isə buna tamamilə imkan verilməyəcək.

XS
SM
MD
LG