Accessibility links

Azərbaycanda Mobillik naminə Tərəfdaşlığa dair beynəlxalq konfrans keçiriləcək


Russian honor guards march during the military parade at Red Square in Moscow.
Russian honor guards march during the military parade at Red Square in Moscow.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsin çərçivəsində Avropa Komissiyası, Azərbaycan Xarici İşlər Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) “Azərbaycanda Mobillik naminə Tərəfdaşlığa” həsr olunmuş bir günlük beynəlxalq konfrans keçirəcək.

Konfrans iyunun 23-də saat 9.30-da Park Inn by Radisson otelində başlayacaq. Forumda Azərbaycanda miqrasiya siyasətini hazırlayanlar və praktiklər, Aİ-yə Üzv Dövlətlərdən layihə tərəfdaşları, Aİ-dən kənar tərəfdaş ölkələr (Gürcüstan və Moldova), Azərbaycandakı beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər toplanacaq. Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Aİ-yə Üzv Dövlətlər, Azərbaycan, Gürcüstan, Moldovanın yüksək səviyyəli rəsmiləri və ICMPD Mobillik naminə Tərəfdaşlıqların gələcəyini müzakirə edəcək, onların icrasında öyrənilmiş dəsrləri və müxtəlif ölkələrdə bu mexanizmin icrasını/təsirini, bu tipli layihələrin icrasında praktiki nümunələrlə bölüşəcəklər.

Kütləvi informasiya vasitələrinin nümayəndələri konfransın açılış hissəsinə dəvət olunur.

AI-nin Azərbaycandakı səfiri Malena Mard hesab edir ki, konfrans Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerininin Bakıya son səfəri zamanı irəli sürdüyü ideyanın – “Avropa İttifaqı və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın artırılması, tərəfdaşlar kimi birgə fəaliyyət göstərilməsi və əlaqələrin tam şəkildə inkişaf etdirilməsinə dair istəyini bir daha təsdiq etdi” dəstəklənməsinə xidmət edir.

Azərbaycan, Aİ və onun iştirakçı üzv dövlətləri ilə Mobillik naminə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 2013-cü ilin dekabrında imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG