Accessibility links

Müasir kölələr [Video]


Müasir kölələr
please wait
Embed

No media source currently available

0:00 0:02:31 0:00

Yeni açıqlanan hesdabatda deyilir ki, çoxu Hindistan, Çin və Pakistanda olmaqla, dünyada 46 milyona yaxın insan kölə kimi yaşayır. Baş qərargahı Avstraliyada yerləşən “Walk Free Foundation” təşkilatının hesabatı çərşənbə axşamı Londonda dərc edilib. Təşkilat hökumətlər və biznesləri uşaq əməyinin istismarına son qoyulması yolunda daha çox iş görməyə çağırır.

Hindistan dünyanın ən böyük demokratik ölkələrindən biridir və 1.2 milyard sakinindən 800 milyonu səsvermədə iştirak edə bilər. Lakin “Qlobal Qul İndeksi”nin bu yaxınlardakı hesablamalarına görə Hindistan digər ölkələrlə müqayisədə ən çox kölə olan ölkədir ki, bu ölkədə 18 milyon kölə var. “Hindistanda köləlik nəsillə davam edir. Onların çox uzun tarixi var. Hindistanın kənd təsərrüfatındakı köləlik forması ən ağır formalardandır ki, bu kölələr keçmişdən qalan ağır mirasla yaşamaqda davam edir" deyə, professor Kevin Beyls bildirir.

Avstraliyanın “Walk Free Foundation” təşkilatının vaxtaşırı dərc etdiyi hesabatında 167 ölkəsindəki məcburi işləməklə “kabala” borcunu ödəmək, zorla evlilik, cinsi istismar kimi məsələlərdən danışılır. Təşkilatın başçısı Endryu Forrest: “Onlardan heç biri olduqları yeri tərk edə bimir. Ya pasportları əllərindən alınır, ya da özləri, yaxud da ailə üzvləri zorakılıqlarla qarşılaşır.beləliklə oinlar olduqları yerlərdə ilişib qalır. Onlara ferma heyvanlarına olduğu kimi davranılır.”

Asiya ölkələrində isə 60 faizə qədər müasir gölə saxlanır. Hindistandan sonra Çin və Pakistan gəlir. Pakistanın cənubundakı bu kərpıc zavodunda işləyən kişi, qadıln və uşaqlar heç vaxt maaş almır. “Mən uşaqları yedirmək üçün borc aldım. Mənim 40 mindən 50 min rupi arasında (600-dən750 dollar) borcum var. Mən yaşadığım müddətdə biz bu borcu qaytara bilməyəcəyəm, çünki inflyasiya çox yüksəkdir” deyə. kölələrdən birir bildirir.

İş sahibləri onların borcunu maaşlarından çıxır və onlara yalnız yemək verir. Dünya boyu insanlar bu kimi tələlərə düşür. "Human Rights Watch" təşkilatından Volfqanq Botner: “Məcburi əmək dünyada böyükbir problemdir. Biz dəfələrlə evlərdə və tikintidə məcburi işləyən miqrant və yerli işçilər barədə sənədlər hazırlamışıq. Elə dövlətlər var ki, orada insan əməyi sistematik şəkildə istismar olunur, bunlara Şimali Koreya və Özbəkistan da daxildir.”

İnsan haqları müdafiəçiləri o ölkələrdə çalışan şirkətlər və biznesləri əmək hüquqularına riayət etməyə çağırır. Lakin onlar nailiyyətin hökumətlərin kampaniyaları sayəsində əldə edilə biləcəyini vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG