Accessibility links

Moşe Katsava qarşı zorlama ittihamı irəli sürülüb


Moşe Katsava qarşı zorlama ittihamı irəli sürülüb

Moşe Katsava qarşı zorlama ittihamı irəli sürülüb

İsrailin sabiq prezident 16 ilədək azadlıqldan məhrum edilə bilər

İsrail məhkəməsi sabiq prezident Moşe Katsava qarşı zorlama və seksual təyziqlərlə bağlı ittihamlar irəli sürüb.Tel Əviv məhkəməsi hökmü bu gün çıxarıb. Üç hakimlik məhkəmə heyyətinin bildirdiyinə görə, cənab Katsavın hadisəyə dair versiyası yalanlarla doludur. Proses 1990-cı ildə İsrailin turizm naziri və sonra prezident vəzifəsində işlədiyi dövrdə onun üçün çalışan üç qadının ittihamları əsasında başlayıb. Əslən iranlı siyasətçi zorlama ittihamı ilə dörd ildən 16 ilədək azadlıqldan məhrum edilə bilər. Hökm çıxandan sonra İsrailin baş naziri Benyamin Netanyahu mühakiməni İsrail dövləti üçün kədərli gün adlandırıb. O eyni zamanda qərarın ictimayyətə və dünyaya iki mesaj göndərdiyini deyib: kişi və qadınlar qanun qarşısında bərabərdir və qadınların özlərini müdafiəsi üçün tam hüquqları var. Qadın hüquqları qrupu bu gün məhkəmənin həyətində ittihamçılarla həmrəylik ifadə etmək üçün nümayiş keçirib.

XS
SM
MD
LG