Accessibility links

Mogerini: Qarabağda vəziyyət tez bir zamanda sakitləşməsə, böyük risk ola bilər


Federika Mogerini

Federika Mogerini

Qeyri-stabillik və müharibə ilə sarsılan Cənubi Qafqaz Avropa üçün böyük potensiala malik olan mühüm regiondur.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağdakı vəziyyətlə bağlı çıxışı zamanı bildirib.

"Genişmiqyaslı münaqişə heç kimin maraqlarına cavab vermir və heç nəyə gətirib çıxarmayacaq. Bu münaqişə ölkələrin, onların qonşularının stabilliyini pozur və Avropa İttifaqı ilə yaxınlaşmasına əngəl törədir", - deyə Mogerini bildirib.

Onun sözlərinə görə, söhbət vəziyyət tez bir zamanda sakitləşməyəcəyi təqdirdə, böyük bir riskdən gedir. Münaqişənin gərginləşməsi yalnız daha aydın göstərdi ki, onun hərbi yolla həlli yoxdur, atəşkəsə ciddi əməl etmək və sayıqlıq göstərmək lazımdır.

O, ATƏT-in atəşkəs rejiminin pozulmasının qiymətləndirilməsi üzrə təklif etdiyi mexanizmin mühüm olduğunu və Avropa İttifaqının bunu dəstəklədiyini bildirib. Aİ həmçinin Minsk qrupunun səylərini dəstəkləyir.

"Siyasi yolla həll lazımdır. Və bizim siyasi hədəfimiz hər iki tərəfin münaqişənin qlobal nizamlanmasına gəlmək məqsədi ilə danışıqları bərpa etməsindən ibarət olmalıdır", - deyə Mogerini əlavə edib.

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, beynəlxalq vasitəçiliyə baxmayaraq, münaqişənin həlli tərəflərin öz əlindədir və onlar güzəştə hazır olmalıdırlar. O bildirib ki, atəşkəs və danışıqlarla yanaşı sülhə imkan yaradan mühitin də yaradılması lazımdır. Vəziyyəti daha da dərinləşdirən bəyanatlara son qoymaq gərəkdir.

"Danışıqlara alternativ müharibə və dağıntıların genişlənməsi olardı", - deyə Mogerini xəbərdarlıq edib.

Show comments

XS
SM
MD
LG