Accessibility links

Avropa Birliyi Ukraynanın şərqində atəşkəsə çağırır


Avropa Birliyinin Xarici Siyasət Şöbəsinin rəhbəri bu gün döyüşlər zamanı üç nəfərin öldüyü şərqi Ukraynada təcili atəşkəsə çağırıb.

Şahidlər separatçıların nəzarətində olan Donetsk şəhərində döyüşlər zamanı xəstəxana həyətində 3 cəsəd gördüklərini deyib.

Avropa Birliyinin Xarici Siyasət Şöbəsinin rəhbəri Federika Mogerinin bəyanatında deyilir ki, separatşıların Debaltseve ətrafındakı hücumları insan əzabına və bütün siyası razılaşmaların pozulmasına səbəb olur. "Mülki vətəndaşların hücumlara məruz qoyulması beynəlxalq himanitar qaydalara ziddir və yaşayış bölgələrində artilleriya hücumları dərhal dayandırılmalıdır" deyə, Federika Mogerini bildirib.

Mogerini təcili şəkildə 3 günlük müvəqqəti atəşkəs elan edilməsini tələb edib.

ABŞ prezidenti Barak Obamanın müdafiə naziri vəzifəsinə seçdiyi Eşton Karter Amerikanın Ukraynaya Rusiyanın dəstəklədiyi üsyançılarla mübarizə üçün hərbi yardım göstərməsini dəstəklədiyini bildirib.

Senatda keçirilən təsdiq dinləmələri zamanı o, respublikaçı senator Con Makkeynin bu haqda sualını cavablandırıb.

Bu gün Fransanın müdafiə naziri Jan İv Le Drian Parisdə müxbirlərlə görüşü zamanı ölkəsinin Ukraynaya silahla yardım etməyəcəyini bildirib.

Eyni mövqedən Almaniya kansleri Angela Merkel də çıxış edərək, Ukrayna münaqişəsinin diplomatik yolla həllinə yardım ediləcəyini deyib.

XS
SM
MD
LG