Accessibility links

Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti kəskin tənqid etdikdən sonra həbs edilib. O hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib

Həbsdə olan İslam Partiyasının lideri Mövsüm Səmədov iki həftə əvvəl cərimə kamerasına (karserə) köçürülüb.

Vəkil Anar Qasımlı bildirib ki, Səmədovun cərimə kamerasına salınmasının səbəbini bilmir.

Şənbə günü vəkil Səmədovla görüşmək üçün 11 saylı cəzaçəkmə müəssisəsinə gəlib, lakin orderin olmaması bəhanəsi ilə ona görüş verməyiblər.

Vəkilin sözlərinə görə, görüşdən imtinanın əsl səbəbi islamçıların liderinin cərimə kamerasına köçürülməsi haqqında məlumatın yayılmamasına yol verməmək səyləridir.

Penitensiar Xidmətdən Səmədovun cərimə kanerasına salınması ilə bağlı şərh verməkdən imtina edərək, cəzaçəkmə müəssisəsinin belə qərarlar qəbul etmək hüququna malik olduğunu qeyd ediblər.

Məhbus bu qərardan məhkəməyə şikayət verə bilər.

Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti məktəblərdə hicabın qadağan olunması və dindarların hüquqlarının pozulması ilə əlaqədar kəskin tənqidə məruz qoyduqdan sonra həbs edilib. 2011-ci ilin oktyabrında o, hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
XS
SM
MD
LG