Accessibility links

Güneyli fəal “Möhtəşəm yüz il” teleserialını məhkəməyə verib


Məhbub Əmrahi Səfəvilərin Fars deyil, “Ələvi və Türk” olduğunu, serialda bunun təhrif edildiyini idda edir

Türkiyədə təhsil alan güneyli fəal Məhbub Əmrahi Səfəvi Dövlətini Fars dövləti kimi təqdim etdiyi üçün “Möhtəşəm yüz il” teleserialından məhkəməyə şikayət edib. “Möhtəşəm yüz il-ə şok soruşdurma” başlığı ilə xəbəri gündəmə çıxaran Türkiyə mediasının bildirdiyinə görə, türk tarixi üzrə aparıcı alim, profesor İlbər Ortaylı şikayətin haqlı olduğunu söyləyib.

Şikəyitini Ankara Cümhuriyyət Baş Prokurorluğuna təqdim edən Məhbub Əmrahi Səfəvilərin əslində “Ələvi və Türk” olduğunu, serialda bunun təhrif edildiyini irəli sürərək prodüsser haqqında məhkəmə işi açılmasını istəyib.

“Serialın 11 dekabr 2013 tarixində yayınlanan 115-ci seriyasında Səfəvi Dövlətinin açıqca bir Fars dövləti olduğu iddia edilərək xalqımın tarix və keçmişinin inkar və təhqir edildiyini iddia edirəm. İran Azərbaycanından olan bir Türk kimi adı keçən firmadan şikayətçiyəm,” deyə güneyli fəalın teleserialı yayan şirkətdən şikayəti Türkiyənin bir çox mediası, o cümlədən yüksək tirajlı CumhuriyetMilliyet qəzetlərində əks edilib.

Şikayəti ilə bağlı Amerikanın Səsinə məlumat verən cənab Əmrahi həmçinin vurğulayıb ki, “mənim açdığım dava kimlik davasıdır, din və məzhəb uğruna açılmış bir irticadan ibarət deyil. Mən bizim türk olduğumuzu bilməklərini istəyirəm, tarixi dəyərlərimizi qorumağı düşünürəm. İnkar və təhqirdən bezimişik, biz azəri deyilik türkük.”

Tanınmış tarixçi profesor İlbər Ortaylı şikayətlə bağlı fikirlərini media ilə paylaşıb. Onun sözlərinə görə, “Şah İsmayılın türkcə şeir yazdığını hər kəs bilir. Dövlətin adı kimi İran deyərsəniz heç bir sorun yoxdur, ancaq Fars deyərsəniz yanlışdır və dava açılması normaldır. Dava qazanılar. Məndən uzman olaraq soruşsalar Səfəvi Dövlətinin Türk olduğunu söylərəm.”

Profesor İbrahim Ethem Atnur isə teleserialın yol verdiyi yanlışı “kültürsüzlük” kimi dəyərnəndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG