Accessibility links

Moskva konfransı-anti-Qərb tonunun dəyişməsi, daxili və xarici ritorika [Təhlil]


Moskvada Beynəlxalq Təhlükəsizlik konfransı

Moskvada Beynəlxalq Təhlükəsizlik konfransı

Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərdə gərginlik Suriyada və Ukraynada münaqişələrlə əlaqədar gərginlik artsa da, lakin Moskvada keçən təhlükəsizlik konfransında Kremlin anti-Qərb tonunu yumşaldığı müşahidə edilib.

Rusiya Müdafiə nazirliyinin Moskvada aprelin 27-28-i keçirdiyi Beynəlxalq Təhlükəsizlik konfransında dünyanın 80 ökəsindən yüksək səviyyəli hərbi rəsmilər, eləcə də RusiyanınKremlin əhval-ruhiyyəsini yaxşı müəyyən edə bilən nüfuzlu siyasətçiləri və ekspertləri iştirak edib.

Çin, Hindistan və İran kimi Asiya regionunda nüfuzlu ölkələrinin müdafiə nazirlərinin iştirak etdiyi tədbirdə ekspertlər və jurnalistlərin diqqətini Rusiya rəsmilərinin çıxışlarının tonunun dəyişməsi cəlb edib.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev

Xoş sözlər

Adətən Birləşmiş Ştatların Rusiyaya qarşı düşmənçilik siyasətindən danışan Təhlükəsizlik Şurasının katibi Nikolay Partuşev bu dəfə konfrans iştirakçılarına prezident Vladimir Putinin Vaşinqtonda xoş münasibətin ifadə edildiyi müraciətini oxuyub. "Rusiya və ABŞ-ın Suriyada qarşılıqlı əməkdaşlığı belə bir əməkdaşlığın təkcə mümkün deyil, həm də effektiv olduğuna dair bariz nümunədir"-deyə müraciətdə bildirilir.

"Bizim ölkələrimiz beynəxalq terrorizmə qarşı mübarizədə daha yaxından əməkdaşlıq aparmalıdır. Biz buna hazırıq, indi söz Vaşinqtonundur."-Sergey Şoyqu

Patruşevin ardınca Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Birləşmiş Ştatlara daha aydın siqnal göndərib: "Bizim ölkələrimiz beynəxalq terrorizmə qarşı mübarizədə daha yaxından əməkdaşlıq aparmalıdır. Biz buna hazırıq, indi söz Vaşinqtonundur."

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu

Şoyqu eyni zamanda, NATO ilə bağlı da sülh tonunda danışıb:"Biz alyansla silahların nişanı altında deyil, danışıqlar masası ətrafında əlaqə saxlamağa üstünlük veririk."

Alman təhlilçi Aleksandr Rar

Lakin Moskvanın Qərblə qarşıdurmanı azaltmaq və hətta təhlükəsizlik sahəsində əməkdaşlıq etmək istədiyinə dair ən mühüm siqnal yəqin ki bir çox çoxlarının Qərb və Rusiya arasında həssas məsələlərlə bağlı danışıqlarda vasitəçi rolunu oynamış alman politoloq və "Qazprom"un müşaviri Aleksandr Rardan gəlib.

"Rusiya Qərblə liberal dəyərlər əsasında deyil, praqmatik maraqlar, həmçinin iqtisadi maraqlara əsaslanan əməkdaşlıq etmək istəyir." -Aleksandr Rar

Aleksandr Rar hər il prezident Putinlə görüşən politoloqlar və jurnalistlərdən ibartə "Valday klubu"nun üzvüdür. O, 2013-cü ildə Mixail Xodorkovskinin azad edilməsinə dair danışıqlarda iştirak edib. Moskvada təhlükəsizilk konfransında danışan Rar bunları deyib: "Rusiya Qərblə liberal dəyərlər əsasında deyil, praqmatik maraqlar, həmçinin iqtisadi maraqlara əsaslanan əməkdaşlıq etmək istəyir." O bildirib ki, "maraqların toqquşması"nı məhdudlaşdırmaq üçün yeni "Helsinki prosesi" çərçivəsində "Paris xartiyası-2" imzalana bilər.

Aleksandr Rarın Kremllə əlaqələrini nəzərə alaraq, onun açıqlamalarının rəsmi Moskvanın mövqeyinə olduqca yaxın olduğunu demək mümkündür.

Sovet İttifaqının mövqeyi

Hazırda İsveçin Uppsala universietetinin baş elmi işçisi olan hərbi ekspert Aleksandr Qoltsun fikrincə, Rusiya Qərbdən Sovet İttifaqının demək olar yarım əsr bundan əvvəl gözlədiklərini istəyir.

"Ölkənin daxilində onlar ölkənin düşmənlərlə əhatə olduğuna dair bəyanatlar verməlidir, amma bu hekayə xarici dünyada isifadə edilə bilməz"-Andrey Soldatov

"Sovet İttifaqı və Qərb ölkələri arasında 40 ərzində davam edən Soyuq müharibənin iki tərəfi var idi. Bunlardan biri "qarşılıqlı hərbi saxlanma" və "dinc birgə yaşayış". Görünür, Rusiya bax belə- Qərbin Rusiyaya nəsə öyrətmək səylərindən əl çəkdiyi, Rusiyada siyasi azadlıqlar uğrunda mübarizə aparmaq və bu siyasi azadlıqlar uğrunda mübarizə aparanlara kömək etmək səylərindən əl çəkdiyi birgə yaşayış istəyir. Kremlin hazırkı liderlərinin ifadələrinə görə, Qərb Rusiyada "rəngli inqilab" etmək səylərindən əl çəkməlidir."

ABŞ prezidenti Ronald Reyqan Sovet lideri Mixail Qorbaçovla nüvə sazişinin imzalanmasından sonra, 8 dekabr, 1987-ci il

ABŞ prezidenti Ronald Reyqan Sovet lideri Mixail Qorbaçovla nüvə sazişinin imzalanmasından sonra, 8 dekabr, 1987-ci il

Qoltsun fikrincə, Rusiyanın Qərblə "birgə yaşayış" təklifinin bir şərti də daxili işlərə müdaxilə etməməkdən ibarətdir: "Şübhəsiz ki, Rusiyanın tələbləri arasında "Krımı unudun" tezisi də var. Və aydındır ki, Krımı unutmayacaqlar, amma gəlin Soyuq müharibə dövrünü yada salaq: ABŞ Baltika ölkələrinin ilhaqını tanımamışdır, amma bu, planeti dağıtmamaq üçün razılaşmaların əld edilməsinə mane olmurdu. Hətta Əfqanıstandan sonra da bir sıra istiqamətlərdə müəyyən mənada əhatəli danışıqlar aparılırdı. Hər şey proporsiyalardan asılıdır, bəzi məqamlarda qarşıdurma daha güclü idi, bəzi məqamlarda isə danışıqların mövzuları və gərginliyin azaldılması üstün olurdu."

"Rusiya bu gün Sovet İttifaqı kimi Soyuq müharibə aparmaq üçün resurslara malik deyil. Müttəfiqlər yoxdur, iqtisadiyyat xarici dünyadan asılıdır"-Aleksandr Qolts

Lakin ekspert bildirir ki, Rusiya belə görünür, Qərblə daxil məsələlərlə əlaqədar gərginliyi saxlayacaq, belə ki hazırkı şərait sovet dövründən fərqlənir: "Rusiya bu gün Sovet İttifaqı kimi Soyuq müharibə aparmaq üçün resurslara malik deyil. Müttəfiqlər yoxdur, iqtisadiyyat xarici dünyadan asılıdır, ölkənin yaşlanmaqda olan əhalisindən ordu yaratmaq mümkün deyil. Və bu mənada vəziyyət daha riskli görünür, çünki bütün resurslardan indi yalnız biri var-nüvə silahı. Mən fərz edirəm ki, bundan sonrakı illər Kreml məhz nüvə sahəsində daha riskli siyasi kurs yeridəcək. Kreml nəhəng nüvə arsenalını siyasi potensiala çevirməli olacaq."

Siyasi məqsədlər

Xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə ekspert, "Yeni zadəganlıq:FSB-nin tarixi" kitabının müəllifi Andrey Soldatov da Moskva konfransı zamanı Rusiya nümayəndələrinin Qərblə bağlı ritorikasının tonunun yumşaldığına diqqət verib.
Lakin Soldatovun fikrincə, belə siqnallar bütünlüklə xarici dünya üçün nəzərdə tutulub. Rusiyanın daxilində Qərb "rəngli inqilablar" təhlükəsinin gəldiyi yer olaraq qalır.

"Amerikalılara əksinə, demək istəyirlər ki, indi münasibətlərin yaxşılaşdırılmasında Suriya prespektivli mövzudur, özü də bunu Rusiyanın xüsusi xidmət orqanlarındakı adamlar da deyir. Bu da, o biri də müəyyən məqsədlərə nail olmaq üçün sadəcə ritorikadır."-Andrey Soldatov

"Yerli dinləyici üçün nəzərdə tutulmuş bir hekayə var, bir də xarici dinləyici üçün. Ölkənin daxilində onlar ölkənin düşmənlərlə əhatə olduğuna dair bəyanatlar verməlidir, amma bu hekayə xarici dünyada isifadə edilə bilməz, məsələn amerikalılarla danışıqlarda. Amerikalılara əksinə, demək istəyirlər ki, indi münasibətlərin yaxşılaşdırılmasında Suriya prespektivli mövzudur, özü də bunu Rusiyanın xüsusi xidmət orqanlarındakı adamlar da deyir. Bu da, o biri də müəyyən məqsədlərə nail olmaq üçün sadəcə ritorikadır."

XS
SM
MD
LG