Accessibility links

Moldovada on minlərlə sakin Kişinyovun mərkəzində prezidentin istefası və erkən seçkilərin keçirilməsini tələbləri ilə hökumət əleyhinə mitinq keçirib. Son illərölkədə ən böyük etiraz aksiyasına banklarda bir milyard dolların itməsi ilə əlaqədar maliyyə qalmaqal səbəb olub. İtki ölkə əhalisinin həyat şəraitinə mənfi təsir göstərib.

Hökumət binasının qarşısında keçirilən mitinqdə ölkənin bütün regionlarının sakinləri iştirak edib. Mitinqin təşkilatçısı "Ləyaqət və həqiqətət" təşkilatıdır.

Polisin bildirdiyinə görə, mitinqə 35-40 min nəfər qatılıb. Bu, 2009-cu ilin aprel ayında kütləvi anti-kommunist mitinqlərində iştirak edənlərin sayından çoxdur. Tədbirin təşkilatçıları etiraz mitinqinə gələnlərin sayının bundan qat-qat artıq olduğunu bildirib.

Nümayişçiləri prezident Nikolae Timoftinin istefasına çağıraraq, "Qələbə! Milyardları ölkəyə qaytar!" şüarları bağırıb.

Söhbət bank sistemindən itmiş ölkənin ümumdaxili məhsulunun səkkizdə bir hissəsini təşkil edən milyard dollarından gedir.

Bank sistemində baş vermiş qalmaqal 3,5 milyon əhalisi olan ölkədə geniş yayılmış korrupsiya və oliqarxların hakimiyyətinin göstəricisi kimi qiymətləndirilir. Böyük itki nəticəsində Moldovanın milli valyutası ley öz dəyərini kəskin itirib, inflasiya səviyyəsi yüksəlib və əhalinin yaşayış şəraiti pisləşib.

Nümayiş iştirakçıları zəngin oliqarxlara çıxış edərək, tələblər yerinə yetirilməsə, Kişinyovda davamlı etiraz aksiyaları keçirəcəkləri barədə xəbərdarlıq ediblər.

XS
SM
MD
LG