Accessibility links

Moldova seçkilərində Avropapərəst qüvvələr qalib gəlir [Təhlil]


Ekspertlər moldovanları qarşıda məşəqqətli yol gözlədiyini deyirlər

Moldovanın Avropaya meylli siyasi partiyalarının mübahisəli parlament seçkilərində səslərin əksəriyyətini qazanmasından sonra koalisiya höküməti yaradacaqları gözlənilir. Bu səsvermə Kişinyovun Sovet tarixinə və böyük rusdilli əhalisinə baxmayaraq Avropaya inteqrasiya yolunda davam edəcəyinin göstəricisidir.

Avropa yolu sonunda onları daha yüksək səviyyəli həyata gətirib çıxaracaq. Lakin bu yol Rusiya və Gömrük Birliyinə aparan yoldan daha uzun olacaq. Bu seçim asan olmayacaq.

Səslərin çoxu artıq sayılıb, və Moldovanın Avropaya meyilli siyasi partiyalarının parlamentdəki yerlərin əksəriyyətini qazandıqları görünür.

Demokrat, Liberal və Liberal Demokrat Partiyaları bazar günü keçirilən seçkilərdə hesablanan səslərin 44 faizini qazanıblar. Bu, onlar koalisiya yaratmağa razılaşacaqları müddətcə onlara parlamentdəki 101 yerin əksəriyyətini almağa imkan verir.

Rusiyapərəst Sosialist Partiyası səslərin 21 faizini qazanıb. Bu rəqəm bütün siyasi partiyaların yığdığı səslər arasında ən yüksəkdir. Sosialist Partiyası Moldovanın Avropa Birliyi ilə assosiasiya sazişinindən imtina edərək Rusiyanın Gömrük Birliyi ilə əməkdaşlıq etməyini istəyir.

Daha orta yanaşma yoluna üstünlük verən Kommunistlər isə səslərin 17 faizini qazanıblar.

Karnegi Fondunun Moskva Mərkəzinin direktor Dmitriy Trenin bildirir ki, seçkilər daha çox iqtisadi və sosial məsələlərlə bağlı olub, nəinki geosiyasətlə. Dmitriy Trenin Amerikanın Səsi ilə Skayp vasitəsilə danışıb.

“Avropa yolu sonunda onları daha yüksək səviyyəli həyata gətirib çıxaracaq. Lakin bu yol Rusiya və Gömrük Birliyinə aparan yoldan daha uzun olacaq. Bu seçim asan olmayacaq.”

Bu seçkilərə Rusiyanın müdaxilə etdiyi və Avropa İttifaqı tərəfdarlarının xeyrinə olan qanun pozuntularının olduğu iddia edilir. Seçkilər həmçinin Ukraynadakı hadisələrin kölgəsində keçirilib.

Rusiyapərəst Patria - “Vətən”- partiyası sentyabr ayında yaranıb, lakin xaricdən maliyyələşmə iddiası ilə seçkilərdə iştirakı qadağan olunub. Patria-nın lideri Moldova əsilli varlı rusiyalı biznesmen Rusiyaya qaçıb.

Əgər Moldova və Ukrayna Qərblə daha yaxın münasibətlər qurmağa çalışsalar, Transdnestrin aqibəti pis olacaq.

Rusiya rəsmiləri bu qadağanı antidemokratik adlandırıblar və Moldavalı mühacir işçilərin səs verə bilməyəcəkləri ilə bağlı naratlıqlarını ifadə ediblər.

Bazar günü Rusiya dövlət mətbuatı Moskvada Moldovanın seçki məntəqəsində yüzlərlə insanın etiraz etdiklərini göstərib. Məlumatlarda bildirilib ki, rəsmilər seçki bülletenlərinin bitdiyini elan ediblər.

Ukrayna ilə sərhəddə yerləşən separatçı rusiyapərəst Transdnester bölgəsinin moldovalı sakinləri seçkilərdə iştirak etməyiblər.

Trenin bildirir ki, seçkilər bitəndən sonra Kreml diqqətini Transdnesteri dəstəkləməyə yönəldəcək.

“Əgər Moldova və Ukrayna Qərblə daha yaxın münasibətlər qurmağa çalışsalar, Transdnestrin aqibəti pis olacaq. Mənim dediyim kimi, ora “qaynar nöqtə” olacaq.

500 min əhalisi olan Transdnester 1990 illərdə Sovet İttifaqı dağılanda müstəqilliyi üçün mübarizə aparıb.

Transdnesterin müstəqilliyini tanıyan yeganə ölkə Rusiyadır. Gürcüstanın separatçı regionunda olduğu kimi Rusiya “sülhü qorumaq” adı ilə burada da qoşunlarını yerləşdirib.

İyun ayında Gürcütan və Ukrayna ilə birgə Moldova Avropa İttifaqı ilə assosiasiya sazişi imazalayıb. Moskva cavab olaraq, ət və çaxır daxil olmaqla, Moldovanın xalq təssərrüfatı mallarının idxalına qadağa qoyub.

XS
SM
MD
LG