Accessibility links

Əfqanıstan hökuməti: Molla Ömər 2013-cü ildə ölüb


Mullah Omar

Mullah Omar

Əfqanıstan hökumətinin rəsmiləri Taliban lideri Molla Ömərin iki il bundan əvvəl Pakistanda öldüyünü bildiriblər.

“O, Kəraçidə xəstəxanada ağır xəstə idi və onun orada öldüyü güman edilir”-deyə Əfqanıstanın Milli Təhlükəsizlik idarəsinin sözçüsü Əbdül Hassib Siddiqi bildirib. O, Molla Ömərin ölümülə bağlı şübhələr və agentliyin onun taleyi ilə bağlı məlumatı nə zaman əldə etdiyi barədə açıqlama verməyib.

Prezident Əşrəf Qaninin ofisi də Molla Ömərin 2013-cü ildə öldüyünü bildirsə də Taliban onun hələ sağ olduğunu iddia edir.

Onun ölümülə bağlı xəbərlərin indi yayılmağa başlayıb-başlamadığı aydın deyil, çünki Molla Ömərin ölümülə bağlı müxtəlif xəbərlər 2001-ci ildən verilib. Talibanın daim gizlənən lideri məhz həmin ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin qrupu hakimyyətdən saldıqdan sonra sonuncu dəfə ictimaiyyət arasında görünmüşdü. Taliban hakimiyyətinin süqutundan sonra o, Əfqanıstandan Pakistana qaçmışdı.

Vaşinqtonda Ağ Ev Molla Ömərin öldüyü haqda məlumatların doğru olduğunu və ABŞ-ın kəşfiyyat orqanlarının rəsmilərinin onun ölümünün təfərrüatlarını araşdırdığını bildirib.

XS
SM
MD
LG