Accessibility links

Talibanla sülh danışıqları təxirə salınıb


Pakistan rəsmiləri bildirib ki, Əfqan sülh danışıqları Əfqanıstan Taliban liderlərinin xahişi ilə təxirə salınıb.

Açıqlama Taliban lideri Molla Ömərin iki il bundan əvvəl öldüyü ilə bağlı çıxan xəbərin ardınca verilib.

Danışıqların təxirə salınmasına dair məlumatı Pakistanın Xarici İşlər Nazirliyi bəyan edib və Talliban liderlərinin sülh danışıqlarında maraqlı olacağına ümid etdiyini bildirib.

Bu gün səhər Taliban sözçüsü Zabiullah Mücahiddən alınan emaildə qrupun sülh danışıqlarında iştirakı dəstəkləmədiyi deyilir.

Bu arada mətbuat mənbələrindən alınan məlumatda deyilir ki, Molla Ömərin müavini və Talibanın siyasi və hərbi məsələləri üzrə rəhbəri Molla Aktar Mənsur yaraqlı qrupun lideri seçilib.

Məlumat yüksək səviyyəli Taliban rəsmisinə istinadən verilir. Lakin qrup təyinatı təsdiqləyəcək bəyanatla çıxış etməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG