Accessibility links

MONEYVAL Azərbaycanı cirkli pulların yuyulmasına qarşı mübarizəni fəallaşdırmağa çağırıb


MONEVAL

MONEVAL

Aprelin 1-ə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə Komitəsi (MONEYVAL) Azərbaycanı bu cinayət növünə, habelə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə səyləri fəallaşdırmağa çağırıb.

Təşkilatın məlumatında deyilir ki, MONEYVAL-ın yaydığı hesabata çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq və Avropa standartlarının təhlili daxildir. Əsas hesabat növləri aşağıdakı kimidir:

Terrorist aktivlərinin dondurulması ilə bağlı qanunvericilik bazasında böyük nöqsanlar aşkar edilib. Cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirə edilməsini tənzimləyən qanunvericiliyin möhkəmləndirilməsi üzrə addımlar atılsa da, cinayət yolu ilə əldə olunan vasitələr və əmlak müsadirə olunmayıb.

Maliyyə kəşfiyyatı şöbəsi Azərbaycanın maliyyə sistemində fəal alətdir, baxmayaraq ki, bu qurumun təsirdən və işinə müdaxilədən asılı olmaması üçün əlavə tədbirlər görülməlidir.

Hüquq-mühafizə orqanları maliyyə araşdırmaları həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş gəlirləri aşkar etmək, izləmək və onların üzərinə həbs qoymaq üçün kifayət qədər hazırlıqlı deyil. Hakimiyyət yalnız bank köçürmələrini diqqətlə izləyir.

MONEYVAL Azərbaycanın tövsiyələrin yerinə yetirilməsini izləməkdə davam edərək və 2015-ci ilin dekabrına qədər Azərbaycan aşkar edilmiş nöqsanların həlli üçün görülmüş tədbirlər haqqında məruzə təqdim etməlidir.

Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi (MONEYVAL) milli hakimiyyət orqanlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirən və tövsiyələr verən orqandır.

XS
SM
MD
LG