Accessibility links

Monteneqroda hakim partiya seçkidən sonra üstünlüyü saxlayır


Exit pollara əsasən veteran siyasətçi Milo Cukanoviçin başçılıq etdiyi mərkəz-solçu Sosialist Demokratik partiyası səslərin 46 faizini əldə edib

Monteneqroda hakimiyyətdə olan koalisiya bazar günü parlament seçkisindən sonra üstünlüyünü saxlaya bilib.

Exit pollar veteran siyasətçi Milo Cukanoviçin başçılıq etdiyi mərkəz-solçu Sosialist Demokrat partiyasının səslərin 46 faizini əldə edərək, keçmiş Yuqoslaviyanın bu respublikasında 20 illik hakimiyyətini saxlaya biləcəyini göstərir.

Exit pollara əsasən aparıcı müxalifət partiyası olan Demokratik Cəbhə səslərin 20 faizini alıb.

Bazar günü səsvermə Monteneqronun Avropa İttifaqına üzv olmaq üçün səy göstərdiyi və dərin iqtisadi böhrandan çıxmağa çalışdığı bir vaxt keçirilib.
XS
SM
MD
LG