Accessibility links

BMT-nin Moqadişudakı qərargahına hücum olub


BMT-nin baş katibi Ban Ki Mun terrorçuların BMT-nin Moqadişudakı qərargahına hücumunu pisləyib. O deyib ki, bu kimi hücumlar təşkilatın Somali hökuməti və xalqı ilə eyni mövqedə olmasının qarşısını ala bilməyəcək.

Cənab Ban bəyanatında Somali prezidenti Həsən Şeyx Məhəmmədi BMT işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

İntiharçı üzərindəki bombanı BMT-nin İnkişaf Proqramı ofisinin qarşısında partladıb. Yaraqlı Əl-Şabab qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Daha sonra Somali əsgərləri və Afrika İttifaqının hərbi qüvvələri binaya daxil olaraq silahlı döyüş zamanı bir neçə yaraqlını öldürüb.

Bu əsgərlər iki il bundan əvvəl Əl-Şabab qrupunu Moqadişidan kənarlaşdıra bilmişdi. Lakin o zamandan bəri qrup vaxtaşırı hücumlar həyata keçirir.

Ötən il formalaşmış yeni Somali hökuməti 20 il münaqişə və böhran yaşamış ölkədə sabitliyi bərpa etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG