Accessibility links

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Moqerini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.

Bu haqda xəbəri APA yayıb.

F. Moqerini öz bəyanatlnda tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

"Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa BirliyiATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək" -deyə bəyanatda qeyd edilir.

XS
SM
MD
LG