Accessibility links

Möqtəda Əl-Sədr İraqda yeni parlament seçkilərinə çağırır


Möqtəda Əl-Sədr İraqda yeni parlament seçkilərinə çağırır

Möqtəda Əl-Sədr İraqda yeni parlament seçkilərinə çağırır

İraqın Amerika əleyhdarı şiə ruhənisi Möqtəda Əl-Sədrin rəhbərlik etdiyi siyasi blok İraq parlamentinin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. Bu addım ölkədə təriqətlərarası böhranı yenidən aktuallaşdıra bilər.

Siyasi böhran paytaxt Bağdadda Əl-Qaidəyə bağlı sünni ekstremist şübhəlilərin hücum dalğasından sonraya təsadüf edir.

Sədrçilər deyir ki, ölkənin hazırda dərinləşən siyasi problemlərini həll etməyin yeganə yolu yeni seçkilərdən keçir. Buna səbəb hazırki hökumətin ölkənin bölünməsinin qarşısını alacaq qərarlar verməkdə çətinlik çəkməsidir.

Gərginlik İraqın şiə baş naziri Nuri Əl-Malikinin sünni vitse-prezident Tareq Əl-Haşiminin həbsi barədə göstəriş verməsindən sonra daha da artıb. Əl-Haşimi cinayət dəstəsi saxlamaqda şübhəli bilinir.

XS
SM
MD
LG