Accessibility links

Moris Asseo: “Bosfordan o yana”


Moris Asseo: “Bosfordan o yana”
Moris Asseo: “Bosfordan o yana”

Parisdə dünyaya gəlib, İstanbulda boya-başa çatan fotoqrafçı Moris Asseo illərlə çəkdiyi şəkilləri kitab şəklində dərc edib. Bu sənətə 10 yaşından başlayan fotoqrafçının əsəri “Bosfordan o yana” adlanır. Türkiyəni qarış-qarış gəzən Asseo bu kitabda vətəninin tarixi zənginlıiyi və təbii gözəlliyini əks etdirən foto-şəkilləri nümayiş etdirir. Hazırda Amerikada yaşayan sənətçi Türkiyəni amerikalılara daha yaxından tanıtdırmaq üçün dəfələrlə sərgilər təşkil edib. Türkiyənin keçmişi ilə bu gününün vəhdəti olan kitabda Anadolu şəkillərinə geniş yer verilir. “Mən Türkiyənin təkcə İstanbulla bitmədiyini amerikalılara izah etməyə çalışıram”-deyə Moris Asseo bildirir.

XS
SM
MD
LG