Accessibility links

Mormonlar və siyasət


Mitt Romni "Müqəddəs Axır Zaman İsa Məsih" kilsəsinin prezidentliyə namizəd olan ilk üzvüdür. Lakin, Mormonluq əksər amerikalılar üçün müəmmadır.

O, həm mer, həm də mormondur.

Lakin Vest Valley şəhərindən Mayk Vinder başqa din xadimlərinin də şura iclaslarında xeyir-dua verməsini istəyir.

Bu, sindhilər Viskonsin ştatındakı məbədlərində baş vermiş qətliamdan sonra buraya dəvət alıblar.

Baş vermiş faciə mənə çox pis təsir etdi.

Mormonlar Amerikada azlıq təşkil edir. Bu dini qurumun ABŞ-ın qərbində altı milyon davamçısı var. Onların içərisində Mitt Romni prezidentliyə bu qədər yaxın olan ilk kilsə üzvüdür.

Vest Valley şəhərinin meri Vinder iki səbəbdən sevindiyini deyir: “Mitt Romni mənim babam Vinderin və nənəm Qven Vinderin qohumudur.”

Bir də ki, bu, "Müqəddəs Axır Zaman İsa Məsih" kilsəsi üçün dönüş nöqtəsidir.

Maykl Vinder: “Biz uzun yol gəlmişik və prezidentliyə Respublikaçı namizədin kilsəmizin üzvü olması bizim etiqadımız üçün tarixi hadisədir.”

Vinder ABŞ prezidentlərinin Mormonlara qarşı münasibəti haqda yazıb. Onların Cozef Smit adlı banisi əslində 1844-cü ildə prezidentliyə namizədliyini irəli sürüb.

Lakin amerikalılar Müqəddəs Axır Zaman İsa Məsih Kilsəsi kilsəsi haqda çox az məlumatlıdır və bir çoxları bu kilsədə öyrədilənlərin kilsənin üzvü olan siyasi liderə necə təsir edəcəyi barədə maraqlanır.

Mormon kilsəsi siyasətdə mühafizəkar mövqe nümayiş etdirməkdə təqsirləndirilir.

Lakin mer kilsə rəhbərlərinin siyasətə qarışmadığını deyir.

Mayk Vinder: “Mən onların nə vaxtsa seçilmiş rəsmiyə, merə, qubernatora və ya konqresmenə müraciət etməsini eşitməmişəm.”

İctimai mərasimdə Vinder Mitt Romni tərəfdarları ilə görüşür. Uest Valley şəhərinin 55 faizi mormonlardan ibarətdir.

Vinder burada çox populyardır. Ailəsi bir neçə nəsildir ki, süd məmulatları satmaqla məşğul olub. Vinder deyir ki, Mormon kilsələrində hər kəs töhfə verir və bu etika işin bir hissəsidir.

Mayk Vinder: “Hal-hazırda mən bazar günləri kilsədə dərs deyirəm. Amma məndən xahiş edilərsə, başqa işlər də görürəm. Fərqi yoxdur, sən Mitt Romnisən və başqsısan, hər kəs kilsədə nəyəsə kömək etməlidir.”

“İsa Məsih bizim xilasımız uğrunda çarmıxa çəkildi.”

Bu gənclər missioner olmaq üçün təlimlər keçir. Bu Müqəddəs Axır Zaman İsa Məsih Kilsəsində zərurətdir. Mit Romni də gənc yaşlarında belə dini təlim alıb.
XS
SM
MD
LG