Accessibility links

Moskva çayında katerin batması nəticəsində 9 adam ölüb

  • Amerikanın səsi

Moskva çayında katerin batması nəticəsində 9 adam ölüb

Moskva çayında katerin batması nəticəsində 9 adam ölüb

Moskva çayında gəzinti kateri və barjanın toqquşması nəticəsində katerdə olan 16 nəfərdən 9 nəfər ölüb. Yeddi nəfər xilas edilib. Rusiya mətbuatının verdiyi məlumata görə, normadan artıq sərnişinlə üzən gəzinti kateri barjaya dəymiş və Lujniki stadionu yaxınlığında batmışdır. Rusiyanın təhqiqat agentliyinin bildirdiyinə görə, özü də ölənlər arasında olan katerin sahibinə qarşı dəfələrlə qaydalara riayət etmədiyinə görə cinayət işi qaldırılmışdır. Katerə maksimum 12 nəfərdən sərnişin götürülə bilər.Xilasetmə işçiləri sağ qalan insanları xilas etməyə kömək göstəriblər. Katerin sərnişinləri arasında olan bir türk vətəndaşı və ABŞ səfirliyinin bir işçisi xilas ediliblər.

XS
SM
MD
LG