Accessibility links

Moskvada İranın nüvə proqramına dair danışıqlara start verib


Dünyanın altı qüdrətli ölkəsi İranın nüvə proqramına dair beynəlxalq narahatlıqları aradan qaldırmaq və diplomatik münaqişəyə səbəb ola biləcək toqquşmadan yayınmaq üçün Moskvada İran rəsmilərilə danışıqlar aparır.

Altı ölkədən ibarət qrupu təmsil edən Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Eşton bu gün Rusiya paytaxtında iranlı diplomatlarla iki gün davam edəcək danışıqlara start verib.

İranın nümayəndə heyəti İranın IRNA dövlət xəbəb agentliyinə bildirib ki, əgər dünya qüdrətləri Tehranın uran zənginləşdirməsi hüququnu tanımasalar danışıqlar baş tutmayacaq.

İsrail və qərb qüdrətləri İranı enerji proqramı adı altında nüvə silahı istehsal etməyə cəhddə ittiham edir. İran bu ittihamları rədd edir.

XS
SM
MD
LG