Accessibility links

İqtisadi tənəzzül Moskva restoranlarının bağlanmasına səbəb olub [Video]


İqtisadi tənəzzül Moskvada restoranların bağlanmasına səbəb olub
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Neft qiymətlərinin düşməsi və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatında tənəzzülə səbəb olub. Buna görə də Moskvadakı minlərlə restoran bağlanmaq üzrədir. Restoran sahibləri ərzaq qiymətlərinin bahalaşmasına görə müştərilərin azalması və kirayə borclarını ödəyə bilməmək kimi problemlərlə üzləşir. Moskvada sahibkarlardan biri yeməyi evdə hazırlayanlara yardım etməyə başlayıb.

Son 10 il ərzində Moskvanın sadə restoranlarının sayı xeyli artmışdı. Lakin Rusiyanın iqtisadi tənəzzülü, rublun dəyərinin düşməsi və inflyasiyanın artması restoran biznesinə mənfi təsir görtərir.

İqor Buxarov Rusiya Federasiyası Restoranlar və Otellər (FRİO) təşkilatının prezidentidir. O, bu il Moskvada 30 faizədək restoranın bağlanmaq təhlükəsi ilə qarşılaşdığını deyir. “Restoranlar yalnız icarə haqqının bahalığı və ya ərzaq qiymətlərinin artmasına görə bağlanmır, bizim insanlar restorana yalnız yemək üçün deyil, vaxt keçirmək üçün gəlir”.

Buxarov deyir ki, insanlar pula qənaət məqsədilə adətən fast-food restoranlara üz tutduğu üçün hazırda orta səviyyəli restoranlar daha çox zərər çəkir.

Restoran sahiblərinin çoxu icarə haqqını dollar və ya avro ilə ödədikləri üçün Rusiya valyutasının dəyərinin düşməsi onların ödənişini iki dəfə artırıb.

“Torro-Qril” steyk restoranlar şəbəkəsinin meneceri Anton Lyalin xərcləri azaltmaqdan başqa çarə qalmadığını deyir. “Hər böhran daha səmərəli işləməyə, daha yaradıcı olmağa məcbur edir. Biz işçi qüvvəsi baxımından xərcimizi bilməliyik. Biz harada mümkündürsə, orada xərcləri kəsməliyik. Bundan əlavə, biz kirayə qiymətləri ilə bağlı razılığa yenidən baxmalıyıq.”

Avropa ərzaqları ilə təmin edilən restoranlardan fərqli olaraq Lyalinin restoranları yerli ətdən istifadə edir ki, Qərbin Rusiyaya qoyduğu sanksiyalar ona o qədər də təsir etmir. Lakin yeni açılan dəniz məmulatları restoranında hazırlanan lobster xaricdən gəldiyi üçün onu Rusiya xərçəngi ilə əvəz etməli olublar.

Katerina Kronşdet yeməyi evdə hazırlayan moskvalılar üçün online xidmətlə məşğuldur. “Restorana getmək insanlara baha başa gəlir. Lakin onlar keyfiyyətli yemək istəyirlər və biz onlara yardım edirik. Restoranımız artıq 15 ilə yaxındır fəaliyyət göstərdiyi üçün bizim yüksək səviyyəli mütəxəssislərimiz, mağazalarda satılmayan keyfiyyətli ət və balıq əldə etmək imkanlarımız var.”

Rusiyada doğulmuş, İsveçrə vətəndaşı Kronşdet “Katerina Hotels” ailə biznesinin direktorudur. O deyir ki, restorana gələn müştərilərin sayı sürətlə azaldıqca, onun evə sifariş xidməti inkişaf edir.

Restoran sahibləri isə deyirlər ki, iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, xərclərin azalması və rəqabət onların işini daha keyfiyyətli edəcək.

XS
SM
MD
LG