Accessibility links

Moskvalılar hökümətin bəzi binaları sökmək planına qarşı etiraz edir [Video]


Moskvalılar hökümətin bəzi binaları sökmək planına qarşı etiraz edir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Moskvalılar hökümətin bəzi binaları sökmək planına qarşı etiraz edir

Moskvada Sovet dövrünə aid yaşayış binalarının sökülməsinə qarşı müqavimət artır. Rəsmilər bu binaların qəzalı vəziyyətdə olduğunu iddia edərək, onları sökməyi planlaşdırır. Onlar binaların sökülməsi ilə evsiz qalan bir milyondan çox insanın yeni müasir mənzillərə yerləşdiriləcəyini deyir. Amma bir çox Moskva sakini buna skeptik yanaşır və korrupsiyadan şübhələnir. Bu isə şəhərboyu etirazlara səbəb olub.

Binanın təhlükəli olduğunu müəyyən edib və yaşamağa yararlı olmadığını demək üçün xüsusi komissiya mövcud olmalıdır. Biz burada belə bir komissiya görməmişik. Bu səbəblərə görə də, biz düşünürük ki, onlar üçün insanlar deyil, ərazi vacibdir.
Qalina Şaqiaxmetova

Moskvalılar Xruşşov dövründə tikilən binalar söküldüyü təqdirdə bir milyondan çox insanın evlərindən cıxarılmasına qarşı etiraz edir.

Rusiya rəsmiləri binaların köhnəldiyini, pis vəziyyətdə olduğunu deyir və onların yerində daha yaxşı yaşayış binalarının tikiləcəyinə söz verir.

Amma Elmiranın ailəsi kimi bir çox ailə illərdir bu evlərdə yaşayır. Onlar binaların söküləcəyindən çox narahatdır.

“Mən buldozerlər işə başlayanadək burada qalacağam. Mən buradan getməyəcəyəm, çünki Konsititusiyaya əsasən, mən əmlakımda qalmaq haqqına sahibəm. Bu bina dağılmayacaq”, deyə Elmira Şaqiaxmetova bildirir.

Elmira və anası Qalina üçün bu ev xatirələrlə doludur.

“Biz bura 1979-cu ildə köçdük. Mənim uşaqlarım burada anadan olub, burada yaşayıb, burada böyüyüb-başa çatıblar”, Qalina Şaqiaxmetova deyir.

Elmira Şaqiaxmetova: “Atam hələ sağ ikən biz onun 50-ci doğum gününü burada qeyd etmişdik. Onu təbrik etməyə çox sayda insan gəlmişdi və onların hamısının bir otaqda oturmaları üçün kifayət qədər yer yox idi”.

İctimai etirazlardan sonra Moskva sakinlərə eyni ərazidə daha yaxşı ev və ya müvafiq ödəniş verəcəyinə söz verib.

Rəsmilər deyir ki, sakinlərin üçdə-ikisi razılaşsa, binalar söküləcək.

Amma bir çoxları bu məsələdə korrupsiyanın yer aldığından şübhələnir, çünki plan açıqlanmadan öncə bəzi binalar heç yoxlanılmayıb belə.

Qalina Şaqiaxmetova: “Bilirsiziniz, binanın təhlükəli olduğunu müəyyən edib və yaşamağa yararlı olmadığını demək üçün xüsusi komissiya mövcud olmalıdır. Biz burada belə bir komissiya görməmişik. Bu səbəblərə görə də, biz düşünürük ki, onlar üçün insanlar deyil, ərazi vacibdir”.

Bu məsələ Elmira kimi bir çox insanı ilk dəfə olaraq hökümətə qarşı etiraz etməyə vadar edib.

Əgər rəsmilər paytaxt sakinlərini razı sala bilməsələr, gələn il keçiriləcək mühüm seçkilərdə böyük etirazlar və rəqabətlə üzləşə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG