Accessibility links

Moskva matəm içindədir

  • Asgar Asgarov

Sıravi vətəndaşlar partlayışların baş verdiyi iki metro stansiyaları qarşısına güllər düzmüş, şam yandırmış və fotolar qoymuşlar.

Moskvanın dünən qanlı intiharçı hücumlarına görə matəmə qərq olduğu bir vaxtda Rusiya prezidenti Dmitri Medvedev terrorizmə qarşı mübarizə aparmaq üçün yeni qanunların qəbuluna çağırıb. Televiziya müraciətində prezident ictimai nəqşliyyat və başqa ictimai yerlərdə təhlükəsizliyin arıtırlması üçün yeni ölçülərin tətbiqinə səsləyib. Bu arada sıravi vətəndaşlar partlayışların baş verdiyi iki metro stansiyaları qarşısına güllər düzmüş, şam yandırmış və fotolar qoymuşlar. Telekanallar əyləncə proqramlarının yayımını ləğv etmiş və Moskvanın Xilaskar Məsih kilsəsində matəm mərasimləri keçirilmişdir. Rəsmilər Moskva metrosunun öz fəaliyyətini bütünlüklə bərpa etdiyini xəbər verir.

XS
SM
MD
LG