Accessibility links

Moskva metrosunda yanğın baş verib


Yanğına elektrik kabelində yaranan nasazlıq səbəb olub

Bu gün Moskva metrosunda iki yanğın baş verib. Sərnişinlər təcili evakuasiya edilib. Onlarla insanın yaralandığı və yeddisinin xəstaxanalıq olduğu bildirilir.

Rəsmilər ilk yanğının Kreml yaxınlığındakı Oxotnıy ryad və Lenin kitabxanası stansiyaları arasında baş verdiyini deyib.

Azı 4000 nəfər yangın zamanı evakuasiya edilib. Hadisə Moskva küçələrində təşvişə səbəb olub.

Bir neçə saat sonra təhlükəsizlik işçiləri metronun başqa bir hissəsində də yanğın baş verdiyini bildirib. Təhlükəsizlik işçiləri birinci yanğının elektrik kabelindən baş verdiyini deyib. İkinci yanğının səbəbləri hələ məlum deyil.

Moskva dünyanın ən böyük metrosuna malikdir. Bu şəhərdə hər gün altı milyon insan metrodan istifadə edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG