Accessibility links

Moskva metrosundakı terror aktını həyata keçirənlərin kimliyi müəyyənləşib


Kommersant qəzeti hücumçulardan birinin 17 yaşlı Cənnət Əbdürrəhmanova olduğunu yazır

Kommersant qəzeti yazır ki, hücumçulardan biri nüfuzlu Qafqaz militantantının dul qalmış həyat yoldaşı 17 yaşlı Cənnət Əbdürrəhmanova olub. Qəzet onun mərhum yoldaşı Umalat Məhəmmədovla birgə başı bağlı şəklini dərc edib. Kommersant-ın məlumatına görə, rəsmilər ikinci intiharçının kimliyini rəsmən müəyyən etməsələr , ancaq, onun Çeçenistandan 20 yaşlı Marxa Ustarxanova olduğunu ehtimal edirlər. Ustarxanova keçən il Çeçenistan lideri Ramzan Kadırova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək öldürülən çeçen yaraqlısının həyat yoldaşıdır.

Rusiya prezidenti Dmitri Medvedyev Moskva metrosunda və Dağıstandakı intiharçı hücumlarından sonra daha ciddi anti-terror qanunlarının qəbul olunmasına çağırıb.
Rusiyanın xəbər agentlikləri bu gün cənab Medvedyevə istinadən bildiriblər ki, terrorçulara yardım edən hər bir kəs, yardımın mahiyyətindən asılı olmayaraq cinayətkar hesab olunacaq.
Qeyd edək ki, çeçen yaraqlı lideri Doku Umarov Qafqazda mülki əhalinin Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinin qisası olaraq Moskva metrosundakı hücumun məsuliyyətini öz üzərinə götürüb. O deyib ki, Rusiya əleyhinə hücumlar davam edəcək.
Bu arada Rusiya təhlükəsizlik rəsmiləri bildirblər ki, polis iki gün öncə Dağıstanda 12 nəfərin ölümü il nəticələnən intiharçı hücum baş verən vaxt Dağıstan qəbiristanlığında bir bomba zərərsizləşdirib.

XS
SM
MD
LG