Accessibility links

Moskva məhkəməsinin hakimi qətlə yetirilib


Eduard Çuvaşov ağır cinayətlərə dair bir neçə məhkəmə prosesi aparmışdı

Rusiya rəsmiləri deyir ki, Moskva məhkəməsinin hakimi evi yaxınlığında baş vermiş atışma zamanı qətlə yetirilib. Təhqiqatçıların sözlərinə görə, Moskva şəhər məhkəməsinin hakimi Eduard Çuvaşov bu gün səhər evinin pilləkənlərində odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Çuvaşov ağır cinayətlərə dair bir neçə məhkəmə prosesi aparmışdır. Buraya fevral ayında iqri zəmində qətllər həyata keçirməkdə təqsirli bilinən skinhed cinayətkar dəstəsi barədə hökmün çıxarıldığı proses də daxildir. Bugünkü qətllə bağlı hansısa şübhəlinin saxlanması barədə hələlik məlumat verilməyib.

XS
SM
MD
LG