Accessibility links

Rusiyada rəqabət şəraitində seçki nadir keçirilir. Paytaxt Moskvada son 10 ildə ilk mer seçkilərini isə Rusiyada həqiqətən də adi seçki adlandırmaq olmaz.

Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvada mer seçkilərində məğlub oldu.

Lakin çoxları ona qalib kimi baxır.

Televiziyada reklamlar, hətta balkonlarlarda plakatlardan imtina edən Navalnı 14 min nəfərdən ibarət könüllülər ordusu toplaya bilmişdi.

Siyasi təhlilçi Liliya Şevtsova Navalnının amerikasayağı kampaniyasının Rusiyanı həmişəlik dəyişdirdiyini deyir. “Navalnı tamamilə yəqin seçkilərin qalibidir, çünki onun səslərin 27 faizini almasını heç kəs gözləmirdi. O, Rusiyada yeni siyasi nəsli təmsil elektoratı birləşdirə bilib.”

Moskva sakinləri son 10 ildə ilk dəfədir merə səs verirdi. Olqa Şukovskaya Navalnının müasir, demokratik baxışlarını bəyəndiyini deyir. “Mən Navalnıya səs vermişəm, çünki o mənim fundamental hüququm olan səsvermə hüququmu tanıyır.”

Konstantin Boryatski də hazırkı merə mesaj göndərmək üçün Navalnıya səs verib. “Merin yol verdiyi səhvləri görürəm və onların müxalifətə qulaq asıb fikirlərini söyləməsinə imkan verməsini istəyirəm. Onların yaxşı fikirləri var.”

Moskvanın hazırkı meri Sergey Sobyanin üç il bundan əvvəl vəzifəyə təyin edilib.

Birinci turda səslərin 52 faizini alan Sobyanin qalib gəlib. Amma çoxları bunu məğlubiyyət kimi qəbul edir.

Liliya Şevtsova:”Kremlin namizədi olan Sobyanin üçün bu, çox aşağı göstəricidir. Kreml üçün bir fəlakətdir, çünki onlar seçici fəallığına nail olmaq üçün bütün vasitələrdən istifadə etmişdi.”

Sobyaninə səs verənlər onun 12 milyonluq şəhəri yaxşı idarə etdiyini deyir.

Bank işçisi Yelena Toyakova onun Moskvada böyük dəyişiklərə nail olduğunu deyir.

Onlar Sobyaninin şəhəri yaxşılaşdırdığını bildirir.

Məktəb müəllimi Tatyana Alekseyeva deyir ki, Moskva indi daha gözəl və daha təmizdir. “Əlbəttə çatışmazlıqlar da var, amma üstünlük daha çoxdur, mən Sobyanin tərəfdarıyam.”

Moskva meri vəzifəsi bəzən daha yüksək vəzifələrə qalxmaq üçün bir pillə hesab edilir. Lakin Sobyaninin az səs alması onun perspektivlərinə təsir göstərə bilər.

Liliya Şevtsova:”Sobyanin Putinin xələfi olmaq üçün mümkün namizəd kimi güclü şəxsiyyətə malik deyil.”

Hələlik isə Kreml Moskvanın hakimiyyətə dost mer tərəfindən idarə edildiyi ilə kifayətlənir.


XS
SM
MD
LG