Accessibility links

Boris Nemtsovun qətlindən bir il keçir


Bu gün Rusiya paytaxtında 20 mindən artıq insan müxalif siyasətçi Boris Nemtsovun ölümünün ildönümünü yürüşlərlə qeyd edib.

Nümayişçilərin bəziləri Rusiya bayraqları, çiçəklər və Nemstsovun portretlərini daşıyıb.

​Bir box insan onun öldürüldüyü Bolşoy Moskvoretski kürpüsünə şamlar və çiçək dəstələri qoyub. 55 yaşlı Nemtson Kremlə yaxın bu ərazidə güllələnmişdi.

Anım tədbirinə ABŞ-ın Rusiyadakı səfiri Con Teffi də qatılıb. Səfir üzərində “Amerika xalqından” sözləri yazılmış əklili hadisə yerinə qoyub.

Rusiya rəsmiləri Nemtsovun öldürülməsi ilə bağlı istintaqın başa çatdığını desə də, onun tərəfarları bunun əksini düşünür.

Nemtsov Rusiya prezidenti Vladimir Putinin ən böyük tənqidçisi kimi tanınırdı. Kreml Putinin tənqidçilərinə qarşı hədələrin olduğuna dair iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG