Accessibility links

Ağ Evin bildirdiyinə görə, Moskvaya kurort şəhərinin hava və dənizdən müdafiəsi üçün yardım təklif etdikdən bir gün sonra prezident Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə Soçi Olimpiadasında təhlükəsizlik barədə danışıqlar aparıb.

Yüksək səviyyəli danışıqlar Rusiya polisinin intiharçılıqda şübhəli bilinən azı üç nəfərin axtarışını davam etdirdiyi vaxta təsadüf edib.

Soçi şəhərində şahidlər polisin şübhəli qadının fotoşəklini yaydığını deyib.

Qadının müsəlmanların çoxluq təşkil etdiyi Dağıstan respublikasında vəfat etmiş islamçı yaraqlının həyat yoldaşı olduğu ehtimal edilir.

Rusiya rəsmiləri ölkədə həyata keçirilən partlayışda “qara dul qadınlar” adlandırılan intiharçıları təqsirləndirib.

Bazar günü Dağıstandan islamçı yaraqlı qrup ötən ay Volqoqradda 34 nəfərin ölümünə səbəb olan partlayışın məsuliyyətini daşıdığına dair videonu internetdə yayıb.

Videoda iki nəfər Olimpiada oyunları zamanı hücumlar həyata keçirəcəkləri ilə hədələyir. Videonun nə zaman çəkildiyi məlum deyil.
XS
SM
MD
LG