Accessibility links

Moskva polisinin Rusiya paytaxtının Birülyovo rayonunda keçirdiyi reyd zamanı Mərkəzi Asiya və Qafqazdan 1200 miqrant saxlanılıb.

Moskvanın cənub hissəsində meyvə-tərəvəz bazasının yerləşdiyi ərazidəki reyd oktyabrın 9-dan 10-a keçən gecə 25 yaşlı Yuri Şerbakovun qətlə yetirilməsindən sonra miqrantlar əleyhinə nümayişlərin ardınca keçirilib.

Bazar günü Yuri Şerbakovun qətlinə etiraz olaraq Birülyovoda zorakılıqlarla müşayiət olan nümayiş zamanı polislə etirazçılar arasında toqquşma baş vermiş, yüzlərlə adam həbs edilmişdi. Nümayişçilər Yuri Şerbakovun Şimali Qafqaz regionunun sakini tərərinfən öldürüldüyünə inanır. Onların çoxu bir neçə saat saxlandıqdan sonra azad edilmişdi.

Nümayişçilər rəsmiləri qətl hadisəsinin araşdırılması üçün kifayət qədər iş görməməkdə günahlandırır. Polis və rəsmilər qatilin tapılacağına söz verib.




XS
SM
MD
LG