Accessibility links

Moskvada terror cəhdinin qarşısı alınıb


Rusiyanın təhlükəsizlik agentliyi Moskvada İslam Dövləti qrupu tərəfindən Suriyada təlim aldıqlarını deyən bir qrup Rusiya vətəndaşı tərəfindən terror hücumu cəhdinin qarşısının alındığını bildirib.

Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Moskvanın nəqliyyat sistemində terror aktı törətmək planlaarı bağlı informasiyanın alınmasından sonra paytaxtda vaxtaşırı 11 nəfərədək şəxsin yaşadığı mənzildə reyd keçirilib.

FSB reyd zamanı Suriyada İslam Dövləti qrupunun düşərgələrində təlim alıb, Rusiya Suriyada hərbi əməliyyatlara başlamasından öncə Rusiyaya qayıtmış bir qrup şəxsin saxlandığını bildirib.

Təhlükəsizlik agentliyi 5 kiloqram partlayıcı maddə, elektron detonator və bomba hazırlamaq üçün digər maddələr aşkar edildiyini bildirib.

Prezident Vladimir Putinin insidentlə bağlı məlumatı olub-olmaması sualının cavabında Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın xüsusi xidmət orqanları anti-terror əməliyyatları ilə bağlı mütəmadi olaraq prezidentə məlumat verir.

Rusiya Suriyada hərbi hava kampaniyasına sentyabrın 30-da başlayıb. Rəsmi Moskva hərbi kampaniyanın əsas hədəfinin İslam Dövləti və başqa terrorçu qruplar olduğunu deməsinə baxmayaraq, Birləşmiş Ştatlar rəsmiləri Rusiyanın hava hücumlarının 90 faizinin Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən devirməyə çalışan müxalifət qruplarını hədəf aldığını bildirib.

XS
SM
MD
LG