Accessibility links

Moskva tüstü-duman içərisində


Temperaturun rekord göstəriciyə çatmaq üzrə olduğu Moskvada sakinlər təhlükəsiz qapalı ərazilərdə sığınmağa çalışır

Artıq ikinci gündür Rusiya paytaxtı Moskva şəhəri tüstü-dumana bürünüb. Temperaturun rekord göstəriciyə çatmaq üzrə olduğu Moskvada sakinlər təhlükəsiz qapalı ərazilərdə sığınmağa çalışır. Rusiya rəsmiləri deyir ki, ölkə boyu meşə yanğınlarının dayanacağına heç bir işarə yoxdur. Onların sözlərinə görə, qarşıdakı bir neçə gün ərzində də temperaturun 40 dərəcə selsiyə yaxın olacağı gözlənilir. Küçəyə çıxan Moskva sakinləri və turistlər xüsusi maskalardan istifadə edir. Ancaq Böyük Britaniyadan olan bir turistin sözlərinə görə, duman o qədər sıxdır ki, uzaqdan hündür tikililəri də görmək mümkün deyil.

XS
SM
MD
LG