Accessibility links

Moskva və Sankt Peterburq şəhərlərində nümayişlər keçirilib

  • Amerikanın səsi

Moskva və Sankt Peterburq şəhərlərində nümayişlər keçirilib

Moskva və Sankt Peterburq şəhərlərində nümayişlər keçirilib

Bu gün Rusiyanın Moskva və Sankt Peterburq şəhərlərində parlament seçkilərinin saxtaladırılmasına etiraz olaraq nümayişlər keçirilib. Aksiya baş nazir Vladimir Putinin Vahid Rusiya partiyası əleyhinə kommunistlər tərəfindən təşkil edilib. Minlərlə nümayişçinin iştirak etdiyi yürüş keçən həftə ilə müqayisədə daha kiçik olub.

Müxalifət və xarici müşahidəçilər seçkilər zamanı çoxsaylı saxtakarlıqlara yol verildiyini iddia edir. Aksiyalar Rusiyada prezident seçkilərinə 3 aydan az qaldığı bir vaxta təsadüf edir. Mart ayı seçkilərində Vladimir Putinin qələbə əldə edəcəyi təxmin edilir.

2000-lə 2004-cü illər ərzində Rusiyanın prezidenti olmuş Putin yenidən hakimiyyət başşına keçsə, hazırkı prezident Dmitri Medvedevi baş nazir təyin edəcəyini bildirib.

Ruslar kommunist rejiminin devrilməsindən sonra ən uzunmüddətli prezident olacaq Putinin avtoritar hakimiyyət quracağından ehtiyat edir.

XS
SM
MD
LG