Accessibility links

Rusiya rəsmilərinin bildirdiyinə görə, paytaxt Moskvada fabrikdə yanğın nəticəsində 3-ü uşaql olmaqla 12 nəfər həlak olub.

Təhqiqatçılar alovun şənbə günü gecə 3000 kv. metr sahəsi olan tekstil fabrikində başladığını bildirir.

Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Pavel Astaxov bu gün Twitter-də deyib ki, ölən uşaqlardan biri çox körpə olub.

Rəsmilər məlumatı görə, ölənlər əsasən fabrikdə yaşayan mühacir işçilər olub.

Fövqəladə Hallar Nazirliyinin işçiləri bir neçə saat yanğını söndürməkdə çətinlik çəkib.

Yanğına nəyin səbəb olmasına dair hələlik heç bir məlumat verilməsə də, rəsmilər bununla bağlı artıq istintaq başladıb.

XS
SM
MD
LG