Accessibility links

Moskva yaxınlığında təyyarə qəzasının sonuncu qurbanı 9 yaşlı uşaqdır

  • Amerikanın səsi

Moskva yaxınlığında təyyarə qəzasının sonuncu qurbanı 9 yaşlı uşaqdır

Moskva yaxınlığında təyyarə qəzasının sonuncu qurbanı 9 yaşlı uşaqdır

Rusiyanın Fövqəladə Hallar Nazirliyi doqquz yaşlı oğlanın Rusiyanın şimalında baş verən sərnişin təyyarə qəzasının 45-ci qurbanı olduğunu bildirib. Nazirlik uşağın aldığı xəsarətlərdən keçindiyini deyib. Bundan başqa yeddi nəfər yanan təyyarədən xilas edilib. Rusiyanın hava yolları sənayesinə nəzarət edən baş nazirin müavini Sergey İvanov ilkin məlumata əsasən pilotun dumanlı havada enməyə cəhd edərkən qəzanın baş verməsinin ehtimal edildiyini deyib. Doqquz ekipaj üzvü də daxil olmaqla 52 sərnişin daşıyan Tupolev-134 təyyarəsi bir neçə ağacı və elektrik xətlərini qıraraq Petrozavodsk hava limanı yaxınlığında Moskvadan 650 kilometr şimal-qərbdə qəzaya uğrayıb.

XS
SM
MD
LG