Accessibility links

Moskva hava limanında böyük həcmdə pul keçirmək istəyən azərbaycanlı saxlanıb


Dollasr

Dollasr

Moskvadakı "Şeremetyevo" hava limanı gömrüyünün əməkdaşları Gömrük İttifaqının sərhədindən 1.701 mln. ABŞ dolları məbləğində pulu qanunsuz yolla keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "Report" "Rosbalt"a istinadən xəbər verir.

Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, gəliş zalının "qırmızı dəhlizi"ndə gömrük inspektoru Dubay reysi ilə gələn sərnişini saxlayıb. Sərnişin 1.001 mln. ABŞ dolları məbləğində nağd pul vəsaiti üçün gömrük bəyannaməsini inspektora təqdim edib. Bəyannaməyə daxil edilməyən məbləğ 700 min ABŞ dolları təşkil edib, bu da gömrük qanunvericiliyi ilə icazə verilən nağd pul məbləğindən 5 dəfə çoxdur.

Saxlanılan şəxs barəsində nağd pul vəsaitinin qaçaqmalçılığı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması gözlənilir.

XS
SM
MD
LG