Accessibility links

Moskvada ədalətli seçkilər şüarı altında avto-yürüş keçirilib


Moskvada ədalətli seçkilər şüarı altında avto-yürüş keçirilib
Moskvada ədalətli seçkilər şüarı altında avto-yürüş keçirilib

Bazar günü Moskvada azad seçkilər şüarı altında avtomobil yürüşü keçirilib.

“Seciçilər Liqası” və avtomobilçilər cəmiyyətinin birgə aksiyasının əsas məqsədi fevralın 4-ü keçiriləcək mitinqə dəstək vermək olub.

Ağ lentlər və şarlarla bəzədilmiş onlarla avtomobil şəhərin küçələri ilə hərəkət edib. Aksiya hökumət orqanları ilə razılaşdırılmasa da heç bir insidentin baş vermədiyi və hökumətin yürüşə mane olmadığı bildirilir.

Moskva yol nəqliyyatı idarəsi aksiyada 20 avtomobilin iştirak etdiyini bildirib. Lakin müstəqil mətbuat və sosial mediada verilən məlumatlara görə yürüşdə 300-dən 5 minə qədər avtomobil iştirak edib. Küçələrdə insanların avto-yürüş iştirakçılarına dəstək bildirdiyi haqda məlumatlar verilib.

Yürüşdə iştirak edən “Exo Moskvı” qəzetinin baş redaktoru Aleksey Benediktov və müxalifət liderlərindən biri olan Aleksey Navalnı aksiya haqda Tvitter sosial media şəbəkəsində məlumatlar yerləşdiriblər.

XS
SM
MD
LG