Accessibility links

Rusiya rəsmiləri Moskvadakı məscidlərdən birində islamçı eksremistlərə bağlı 140 şübhəlini saxlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Rusiya dövlət televiziyasında açıqlanan bəyanatında deyilir ki, həbs edilənlərin 30-u başqa ölkənin vətəndaşlarıdır. Ancaq açıqlamada ölkələrin adı açıqlanmır.

Saxlanılanların ekstremist qruplarla əlaqəsinin olması ehtimal edilir. Rusiyanın İnterfaks xəbər agentliyi bildirir ki, əməliyyat terrorçu və ekstremist cinayətlərə görə axtarışda olanların müəyyən edilməsi məqsədi daşıyıb.

İnterfaksın məlumatına görə, FSB-nin bəyanatında deyilir ki, hüquq-mühafizəçi rəsmiləri tez-tez Moskvanın cənubundakı bu namaz evinə mövqeyini radikal islama dəyişmiş, Şimali Qafqazda yaraqlı qruplaşmalara qoşulan insanlar gəldiyinə inanır.

Saxlanılanların hansı maddə üzrə ittiham olunmasına dair heç bir məlumat yoxdur.
XS
SM
MD
LG