Accessibility links

Moskvada metro hücumunu həyata keçirən intiharçı müəyyən edilib


Onlardan biri nüfuzlu Qafqaz yaraqlısının dul qalmış həyat yoldaşı 17 yaşlı Cənnət Əbdürrəhmanovdır

Rusiyanın nüfuzlu qəzeti yazır ki, təhqiqatçılar Moskvada 39 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda intiharçılardan birinin yeniyetmə olduğunu aşkarlayıblar. Kommersant qəzeti yazır ki, hücumçulardan biri nüfuzlu Qafqaz yaraqlısının dul qalmış həyat yoldaşı 17 yaşlı Cənnət Əbdürrəhmanova olub. Qəzet onun mərhum yoldaşı Umalat Moqamedovla birgə başı bağlı şəklini dərc edib. Kommersant-ın məluamtına görə, rəmilər ikinci intiharçının kimliyini rəsmən müəyyən etməsələr də, ancaq, onun Çeçenistandan 20 yaşlı Marxa Ustarxanova olduğunu ehtimal edirlər. Ustarxanova keçən il Çeçenistan lideri Ramzan Kadırova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək öldürülən çeçen yaraqlısının həyat yoldaşıdır.

XS
SM
MD
LG