Accessibility links

Moskvada minlərlə insanın iştirakı ilə aksiya keçirilib


Rusiyanın paytaxtı Moskvada minlərlə insanın iştirakı ilə aksiya keçirilib. Nümayişçilər Vladimir Putinin saxtakarlıqlara yol verilən seçkilər yolu ilə üçüncü dəfə prezident seçilməsinə etiraz edib.

Solçu müxalifət hərəkatının lideri Sergey Udaltsov həbs edilib.Sankt-Peterburq şəhərində keçirilən icazəsiz yürüş zamanı 40 adam nəzarət altına alınıb.

Səslərin 64 faizini əldə edən Putin 2000-2008-ci illərdə prezident olmuşdu.

Putinin Vahid Rusiya partiyası dekabr ayı parlament seçkilərində 450 yerli parlamentdə 238 yeri qazanmışdı O zamandan bəri Rusiyada etiraz dalğası yüksəlib.

XS
SM
MD
LG