Accessibility links

Mətin Mehdiyevin qatillərindən birinin müəyyənləşdirildiyi deyilir

  • Nərminə Cəlalqızı

Mətin Mehdiyev

Mətin Mehdiyev

Lifenews.ru-nun səhifəsindəki - "Убийцу религиозного деятеля Мехтиева ищут по фото" adlı məqalədə aprelin 9-dan 10-na keçən gecə öldürülən, Moskva İslam Mədəni Mərkəzində beynəlxalq şöbənin rəhbəri Mətin Mehdiyevin qatillərindən birinin müəyyənləşdirildiyi bildirilir. Səhifədə Mətin Mehdiyevi qətlə yetirənlərdən birinin şəkli də yerləşdirilib. Məqalədə Mətin Mehdiyev çörəl almaq üçün getdiyi mağazanın müşahidə kamerasında saat 00:50 radələrində göründüyü, həmin vaxt onu 2 gəncin izlədiyi deyilir. Həmin şəxslərin Mətin Mehdiyevi supermarketə qədər izlədikləri və çıxışda onu gözlədikləri bildirilir. Həmin gənclərdən birinin Mətin Mehdiyevin çıxmağa hazırlaşdığını yoxlamaq üçün mağazaya girdiyi zaman müşahidə kamerasına düşdüyü deyilir. Mətin Mehdiyev mağazadan çıxan zaman isə həmin gənclərin onun arхasınca getdiyi bildirilir.

XS
SM
MD
LG