Accessibility links

Rusiya təhlükəsizlik rəsmiləri Ukrayna ilə münaqişəyə son qoymağa çağıran və havaya ağ göyərçin buraxan bir qrup etirazçını həbs edib.

İcazəsiz aksiya bu gün Moskvada Rusiya Müdafiə Nazirliyinin qarşısında keçirilib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya Ukraynanın Krım regionunda əksəriyyət təşkil edən etnik rusları qorumaq hüququna malikdir.

Cənab Putin ötən həftə Krıma rus qoşunlarının göndərilməsinə dair məlumatı rədd edib. O, təkidlə bildirib ki, Ukraynadakı hərbi bazanı mühasirəyə alanlar rus əsgərləri deyil, silahlı özünü müdafiə qüvvələridir.

Ukrayna rəsmiləri deyir ki, Moskva keçən həftədən bəri Krıma 16 min əsgər göndərib.
XS
SM
MD
LG