Accessibility links

Moskvanın yeni merinin təyinatı səs çoxluğu ilə təsdiqlənib


Moskvanın yeni merinin təyinatı səs çoxluğu ilə təsdiqlənib

Moskvanın yeni merinin təyinatı səs çoxluğu ilə təsdiqlənib

Yeni mer Sobyanin cənab Putinin uzun müddət kadrlar şöbəsinin rəisi olub

Rusiyanın paytaxtının qanunvericiləri baş nazir Vladimir Putinin seçimi olan şəhərin yeni merini rəsmi şəkildə bu vəzifəyə təsdiq etdilər. Moskva şəhər parlamenti bu gün səs çoxluğu ilə Sergey Sobyaninin bu mühüm vəzifəyə təyinatını təsdiqləyib. O, açıq şəkildə prezident Dmitri Medvedevlə münaqişəsindən sonra sentyabr ayında vəzifəsindən azad edilmiş Kreml tənqidçisi Yuri Lujkovu əvəz edəcək. Bu gün səs vermədən öncə Sobyanin deyib ki, Moskva daha yaxşı idarə edilməlidir və inkişaf üçün potensial var. Sobyanin cənab Putinin uzun müddət kadrlar şöbəsinin rəisi olub və onun bu təyinata təsdiq ediləcəyi gözlənilirdi. Təhlilçilər qeyd edirlər ki, bu addım 2012-ci il prezident seçkilərindən öncə Putinin siyasi mövqeyini möhkəmləndirəcək.

XS
SM
MD
LG