Accessibility links

Moskvaya soyuq hava cərəyanı gəlir


Sankt-Peterburq ərazisində 10 minlərlə insanı elektrik enerjisiz qoyan qasırğalar cənub-şərqə doğru istiqamət alıb.

Bu gün soyuq hava cərəyanının Rusiyanın şimal-qərb hissəsinə gətirdiyi yağışlar hazırda Moskvaya soğru hərəkət edir. Bununla da Rusiyada tarix ərzində record həddə çatan istilik göstəricisinə son qoyulacağı gözlənilir. Sankt-Peterburq ərazisində 10 minlərlə insanı elektrik enerjisiz qoyan qasırğalar cənub-şərqə doğru istiqamət alıb. Bu arada yanğınsöndürənlər Ural dağlarında həftələrdir davam edən yanğınların qarşısının alınmasında nailiyyət əldə etdiyini bildirib. Meteoroloqların sözlərinə görə, cərəyan hava temperaturunu 21-25 dərəcə selsiyə endirib. Son bir ayda yanğınların təsirinə məruz qalan ərazilərdə temperatur 40 dərəcəyə yüksəlmişdi.

Dünən isə Rusiyada dənli məhsulların ixracına qoyulan qadağa qüvvəyə minib. Hökumət bununla quru hava şəraitinin səbəb olduğu qiymət artımına nəzarət etməyə çalışır.

XS
SM
MD
LG