Accessibility links

Ağcaqanadlar malyariyanı sevir [Video]


Hər il dünya boyu malyariyaya 200 milyondan çox insan yoluxur. 2015-ci ildə malyariya səbəbindən 500 min insan dünyasını dəyişib. Xoşbəxtlikdən dünya ictimaiyyətinin səyləri nəticəsində bu, ağcaqanad səbəbindən yayılan xəstəliyin son 10 ildə 30 faizə qədər qarşısı alınsa da, hələ görməli çox iş var.

Lakin İsveç alimlərinin apardığı araşdırmaların nəticələri ağcaqanadların artıq malyariya parazitləri daşıyan insanları daha çox dişlədiklərini göstərib. Bu isə malyariya xəstəliyinin qarşısını almaq üçün yeni strategiyaya yol açır.

Ağcaqanadların bəzi insanları dişləməsi, digərlərini isə dişləməməsi bir sirdir. Buna çox sayda səbəb gətirmək olar. Lakin İsveçin iki aliminın apardığı araşdırmaların nəticələri göstərib ki, əgər sizdə malyariya varsa, siz ağcaqanadlara yem olacaqsınız. “İnsanların çoxu düşünür ki, ağcaqanadlar malyariya parazitləri olanları təsadüfən sancır və həmin parazitləri sancdıqları digər şəxsə keçirir. Stokholm universitetindən Nuşin İmami: "Beləliklə, onlar bu parazitləri hər bir dişlədikləri şəxsə keçirir”.

Lakin ağcaqanadlara malyariyaya yoluxmuş qanla sağlam qan arasında seçim verilirsə, adətən onlar malyariyalı qanı seçir. “Mən hər dəfə ağcaqanada malyariyalı qan verdiyim zaman, onların həmin qanı yediklərini görürəm” deyə, Nuşin İmami bildirir.

Alimlər belə bir qənaətə gəliblər ki, zəhərlənmiş qırmızı qanın özünəməxsus qoxusu və ya ağcaqanadları cəlb edəcək xüsusi keyfiyyəti var. Belə çıxır ki, alimlər həmin qoxuların qarşısını almaqla infeksiyanın yayılmasına mane ola bilər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG