Accessibility links

Panamada federal agentlər dünya liderlərinin ofşor şirkətləri ilə əlaqəsi olan Mossack Fonseca hüquq şirkətinin ofislərində reydlər keçirib.

Panamanın baş prokuroru yaydığı bəyanatda polisin şirkətdən qeyri-qanuni əməliyyatlar üçün istifadə olunduğuna dair sübutlar axtardığını bildirib. Mossack Fonseca vergidən yayınma və fırıldaqçılqda ittiham olunur.

Hüquq firması Twitter hesabında istintaq dövründə “dövlət orqanları ilə əməkdaşlıq etməyə davam etdiyini” qeyd edib.

Bir həftə öncə Mossack Fonseca-dan sızan Panama Sənədləri hüquq şirkətinin bir sıra xarici zəngin müştərilər üçün ofşor “vergi cənnətləri” yaratdığını göstərir.

Bu müştərilərin sırasına Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putinin dostları, Britaniya baş naziri Deyvid Kameronun qohumları, Pakistanın baş naziri Navaz Şarif və Çin prezidenti Şi Tsinpinq daxildir.

Şirkətin təsisçisi Ramon Fonseca şirkətinin heç bir qanunu pozmadığını və heç bir sənədi məhv etmədiyini deyib.

XS
SM
MD
LG