Accessibility links

Mosulda İslam Dövləti yaraqlılarına qarşı son hücum həyata keçirib


ABŞ-ın dəstəyi ilə İraq qüvvələri Mosulda İslam Dövləti yaraqlılarına qarşı son hücumunu həyata keçirib. İraq qüvvələrinin komandiri bildirib ki, bu, 8 aylıq kampaniyanın ən genişmiqyaslı hücumu olub.

ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya Mosulun azad edilməsi əməliyyatlatında İraq hərbi qüvvələrinə havadan və quruda dəstək göstərir.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayında İŞİD-in nəzarətinə keçib.

Ekstremistlərin Mosulun Köhnə şəhərində son müqavimətini göstərəcəyi gözlənilir.



Ordu generalının bildirdiyinə görə, Köhnə şəhərdə həyata keçirilən kampaniyada İraqın xüsusi təyinatlı qüvvələri və federal polis işçiləri iştirak edir.

İraqın dövlət televiziyası Köhnə şəhər üzərində qara tüstü və atəş səsləri eşidilən video yayımlayıb. Şəhərə atılan vərəqələrdə əhalinin 5 təhlükəsiz korridorlarla şəhəri tərk etməsinə çağırılır.

Beynəlxalq Xilas Komitəsi İraq qüvvələri və koalisyanı mülki əhalinin təhlükəsizliyini nəzərə almağa çağırıb.

Əl-Nuri məscidi İŞİD yaraqlıları üçün simvolik mahiyyət kəsb edən Mosulun Köhnə şəhərində yerləşir.

Köhnə şəhərdə 150 mindən çox sakin qalır. 300 mindən çox şəhər əhalisi oktyabrdan bəri şəhəri tərk edib.

840 yaşı olan minarə insalar tərəfindən xilas edilib. Minarəni partlatmaq cəhdi insan qalxanı sayəsində baş tutmayıb. O vaxtdan bəri İŞİD-in bayrağı minarənin üzərində dalğalanır.

XS
SM
MD
LG