Accessibility links

Mosulda hərbi əməliyyat humanitar fəlakətə yol aça bilər [Video]


Yardım agentlikləri İraqda humanitar fəlakətlə üzləşib. Belə ki, İŞİD-ın istehkamı olan Mosula qarşı hücumlar onsuz da ağır olan qaçqın durumunu daha da mürəkkəbləşdirib. Şəhərdən milyonlarla insanın qaçacağı təxmin edilir. Regionun qaçqın düşərgələrində AMAR xeyriyyə təşkilatı ilə yanaşı çalışan səhiyyə xidmətinin direktoru hökumətin həkimlər və tibb bacılarına ödəmək üçün vəsaiti olmadığını deyir.

Hazırda 3 milyon insan məcburi köçkündür. İraqda 10 milyon insanın humanitar yardımlara ehtiyacı var. Bu, həqiqətən humanitar fəlakətdir.

Genişmiqyaslı əməliyyatların hədəfi olan Mosulda 1.5 milyon mülki vətəndaşın olduğu təxmin edilir. Yardım agentlikləri şəhərdən əhalinin qaçmağa çalışması ilə fövqəladə vəziyyətlə qarşılaşıb. Vəziyyət onsuz da qırılma nöqtəsinə çatan İraqda çıxılmaz hal yaradıb.

Beynəlxalq Xilas Komitəsindən Sara Keys: "Hazırda 3 milyon insan məcburi köçkündür. İraqda 10 milyon insanın humanitar yardımlara ehtiyacı var. Bu, həqiqətən humanitar fəlakətdir."

İnsanlar Mosul ətrafındakı şəhərlərə sığınmağa başlayıb. Onlar İŞİD-in törətdikləri dəhşətlərdən danışır.

Adı bəlli olmayan qaçqın: "Biz gecə qaçdıq. 5-6 saat yol getdik. Bombalardan xilas ola bildik. İŞİD bizə atəş açırdı. Qurtula bildik. Biz aclıq çəkirik. İnsanlar kütləvi şəkildə məhv olurdu.”

250 min adamın İraqın şimal Duhok şəhərinə üz tutucağı gözlənilir. Bu şəhərdə artıq 25 qaçqın düşərgəsi var. Şəhərin səhiyyə xidmətinin direktoru Amerikanın Səsinə bildirib ki, qaçqınların çoxu fiziki və psixoloji problemlər yaşayır.

İlk növbədə infeksiyaların yayılmasına mane olunmalıdır. Bunun üçün kütləvi vaksinasiyaya ehtiyac var. Qaçqınlar gəldikdə özləri ilə müxtəlif xəstəliklər gətirir.

Nezar İsmət Taib: “İlk növbədə infeksiyaların yayılmasına mane olunmalıdır. Bunun üçün kütləvi vaksinasiyaya ehtiyac var. Qaçqınlar gəldikdə özləri ilə müxtəlif xəstəliklər gətirir. Xüsusilə də qadınlar və uşaqlar. Gözləntimiz olduqca ağır psixoloji vəziyyətin yaracacağıdır.”

Doktor Nezar beynəlxalq ictimaiyyəti fəlakətin qarşısını almağa çağırır.

“Büdcəmiz kasaddır. Maaşlar ödənilmir. Bu halda qaçqınlar, düşərgələr və müharibənin öhdəsindən necə gələ bilərik?” Dr. İsmət soruşur.

Mosuldan qaçış ilk problem olacaq.

Büdcəmiz kasaddır. Maaşlar ödənilmir. Bu halda qaçqınlar, düşərgələr və müharibənin öhdəsindən necə gələ bilərik?

BMT-nin İraq üzrə koordinatoru Liz Qrande: "Mülki əhali atəş zonası, mümkün artilleriya atışması arasından keçməklə həyatlarını riskə atacaq. Biz İŞİD-in mina tələləri qurduğunu bildirik. Biz bilirik ki, şəhərdə zəhərli partlayıcılar yerləşdirilib. Bizi snayperlər də qorxudur.”

BMT İŞİD yaraqlılarının insanlardan canlı qalxan kimi və kimyəvi silahlardan istifadə edəcəyindən ehtiyat edir.

XS
SM
MD
LG